Nifrət boğmağa güc yox
Həyatdan bezib oldum tox
İçimdə sonsuz müharibə
Həyat və ölüm arasında pərdə
Həyat eşqiylə yanan insanlar
Necə xoşbəxt,necə gözəl anlar
İçim sanki daş, yox hissiyyat
Başlanan hər gün yeni bir əziyyət
Yer kürəsi hamıya bəs edərkən
Kainatın darlığını mənəm çəkən
Məqsədsiz insan sanki əriyən mum
Özüm öz qəbrimə atacam qum
Fiziki azad ikən mənəvi dustağam
Zəncirli olmasamda marağım yox qaçmaram
Hər zülmlə yaşadığım günün sonunu
Gözləyirəm sanki uşaq ata yolunu
Günün sonuda başlanğıc kimi eyni
Qoymadız məndə yaşam meyli
Günün sonuda başlanğıc kimi eyni
Qoymadız məndə yaşam meyli