1. |
Lights
04:00
|
|||
2. |
||||
Mən enirem hündür, qarlı dağdan
Oranın sakinləri nə dərd bilir nədə kədər
Soyuq külək sovurur qarı nəm saçlarımdan
Qarın altından çıxan ot şehli olur səhər
Dağın başından baxıram tüstü, qəmli şəhərə
Hiss edirəm insanları çarəsizlikdən tutulmuş qəhərə
Men bahara kimi burda qalmalıyam
Şəhərin ağrısını üstümdən atmalıyam
Ulduzlara o qədər yaxınam ki, əlimlə onları dərərəm
Bu küləklə uçub səni xeyanetden xilas edərəm
Bura Gün, Ayın birləşdiyi nöqtə
Doğru hökm sürdüyü yerdə yalan üstündə qurulub səhnə
Hündürlükdə nə qəm hiss edirəm nə kədər
Bağışlansa xəyanət bu hündürlük çökər
|
||||
3. |
||||
Mən durmuşam yenə uçurumda
Qırıq əllərlə ürəyimi tutmuşam ovcumda
Məni sakitləşdirən havanın təravəti
Alovun kənarında dayanaraq yandırıram üzümdəki əti
Buludlar bir cütlük kimi bir birinə sıxılır
Təbiətin bu görünüşü məni qəmdən ayırır
Heç kim anlamaz qəlbimin döyüntüsünü
Hamıdan gizlin saxlayıram ürəyimin hönkürtüsünü
Qoy yenə gecə düşsün dünya qaralsın
Yer üzünü ulduzlu örtüklə təbiət bağlasın
Yalvarıram sinəmdəki iri dəliyi də bagla
Məni müalicə et ürək döyüntülərimi yavaşla
Hər şeyin axırı olduğu kimi pis günlərdə keçər
Bu təbiətin gözəlliyi nə zaman insana yetər?
Yenə qara qarğalar uçur başım üstündə
Uzanmışam qaranlıq meşədə ucsuz ağaclar önümde
Nəfəs almaq necede çətindir
Aldığım hər nəfəs yandırır məni o sərindir
Meşənin ruhu məni göyə qaldıraraq saçıma tumar çəkir
Soyuq və yaş bədənimi titrədir
|
||||
4. |
Reality Is An Illusion
06:09
|
|||
Hər ömür bir dəyər
Hər canlı bir sevər
Yanlış addımdırsa yenə dəyər
Sakit ömürdən insan bezər
Elimizdə olana dəyər vermirik
İtiririk sonra qədir bilirik
Çünki insan doğuşdan belədir
Pisə yaxşıdan çox qiymət verəndir
Həyat adama şans verir bir neçə ədəd
Bir dəfə səhv edənə yenə verilir cəhd
Ürəyi daşlı gözü yaşlı qəm kədər
İnsaf yox olar yaşayış solar
Gecdi uduzmusan sen heyatı
Səhvləri düzəltmək üçün dala çək saatı
Həyat qanunu meşə qanunu
Güclü qalib gəlir zəif tərk edir oyunu
Bütün günün qəm həm dəm
Dost,sevgi hamısı saxta
Həyat qoyduğu sınaqda
Getməlisən düzgün yolda
Heyat səhnəsində verilən rolda
Ol düzgün, dürüst
Onsuzda sürdüyümüz həyat tərsə-mərs
Edilən həyat səhvi olmur insana dərs
Çox bu dündaya qalan kimsəsiz
Yox bu dünyada insan şikayətsiz
Boz insanlar rəgli dünyamda
Emosiya partlayışıma əngəl
Uşaqlıqda verilən tərbiyə
Tərbiyə verənlərin öz dövrü üçün
Təbii hisslərimi məcburam gizlətməyə
Məne zəif damğası vurulmaması üçün
Dünyanın belə ikiüzlüyü məni ruhdan salır
Beynimdə pis günlər yaxşı günləri əzib atır
Dünyanın belə ikiüzlüyü meni ruhdan salır
|
||||
5. |
Dust
04:46
|
Streaming and Download help
If you like Zommm, you may also like:
Bandcamp Daily your guide to the world of Bandcamp